"Oyun gözlədiyimizdən də gəgin keçdi. İlk hissədə biz, ikinci yarıda isə onlar daha üstün futbol oynadılar və nəticə də qol da vurdular".
Bu sözləri Korner.az-a açıqlamasında "Neftçi"nin futbolçusu Emin Mehdiyev deyib. Topaz Premyer Liqasının 7-ci turundan təxirə salınan matçda "İnter"lə 1:1-lik heç-heçə edən "ağ-qaralar"ın gənc futbolçusu bu nəticəni ədalətli hesab edir:
"Fikirimcə sadəcə dəqiqlik çatmadı ki, ikinci qol vurulsun. Çünki ikinci hissədə hər iki komanda fərqi artıra bilərdi. Onların daha çox şansı oldu ancaq yararlana bilmədilər. Bu hesab məncə ədalətli oldu".