big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Neftçi”nin “əlində partlayan qumbara” və ya sirkə nə qədər tünd olarsa… (YAZI)

10.02.2014 , 01:42

Keçən ilin avqustunda – Lənkərandakı o məşhur stadion çaxnaşmasının yaşandığı oyundan əvvəl “Neftçi” daha təmkinli, daha səbirli idi. Hətta bir neçə dəfə prokasiyaya meyillilik əyriliyini yoxlamaq istədiyim vitse-prezident Tahir Süleymanov da təkrar-təkrar verdiyim “sosial şəbəkələrdə “Xəzər Lənkəran” azarkeşlərinin hədələri var “Neftçi”li futbolçulara və rəsmilərə qarşı, təhlükəsizlik sarıdan problem yaşamaqdan qorxmursuz ki?” sualıma təmkinini pozmadan “biz öz torpağımıza gəlmişik, qardaşlarımızın yanına gəlmişik” cavabını vermişdi. Onda Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Gündüz Abbaszadə də Süleymanovla eyni “atmosfer”dəydi. Dünənki oyundan əvvəl isə həmin təmkindən əsər qalmamışdı…

“Şərəfsizlik yarlığı”
…Günə “Neftçi”nin avtobusunun daşlanması xəbəriylə başladıq. Məlumatı Abbaszadə ictimailəşdirmiş və fotoları “şərəfsizlik” “epiteti”ylə təqdim etmişdi. Bu, partlamağa hazır “barıt çəlləyi” üçün ilk qığılcım idi və yanlış anlaşıldığını görüdükdən sonra həmkarımız mətbuata açıqlama verib “şərəfsizlik yarlığı”nı kimə şamil etdiyini konkretləşdirməli oldu: “Mən şərəfsiz sözünü avtobusa daş atan şəxsə ünvanlamışam, başqa heç kimə yox”.

Polis açınca gözün…
…Lənkərandakı ötənilki sonuncu "Xəzər Lənkəran" – "Neftçi" oyunudan dərs çıxarıb oxşar olayların yaşanmaması üçün təhlükəsizlik birə-beş artırılmalıydı. Və özü də təkcə stadion ətrafında yox. Və özü də təkcə oyun vaxtı da yox. “Neftçi” Lənkərana gedən gündən başlanılmalı idi işlərə. Bəs əslində nə oldu? “Neftçi” üçün polis naryadı ayrılmışdı. Pakizə! Bəs necə olub ki, elə həmin polis naryadının qorumalı olduğu avtobus daş-qalaq edilib, şüşələri sındırılıb, hətta avtobusun üstündəki “Neftçi” loqosunun üstünə “Xəzər” yazılıb? Və necə olub ki, hadisəni kimin törətdiyini nə o polislər, nə də otelin mühafizə xidməti görüb?
Hadisə olub, bitib və günorta saatlarına yaxın xəbər tuturuq ki, “Xəzər Lənkəran” “Neftçi”nin təhlükəsizliyinə yardım üçün özünün mühafizə qrupunu göndərib. Alqışlanılacaq haldı. Ancaq… O dəstəni hadisədən əvvəl göndərmək olmazdımı? Bəs axı qonaq qarşılayıb yola salmaqda lider xalq idik..?

Sadıq Sadıqovun “şar”ı partlatması
Avtobusun şüşəsinin sındırılması fonunda “Neftçi”nin qaldırdığı hay-küy, mediayla göndərilən “Bakıya qayıdırıq” ismarıcları gərəyindən artıq şişirildilmiş “şar” idi və yaxşı ki, klub prezidenti Sadıq Sadıqov gec də olsa, o “şar”ı partlatdı: “Lənkəranda ciddi hadisə baş verməyib. Avtobusun şüşəsini sındırıblar, vəssalam. Sınıb-sınıb da, birinci dəfə deyil ki… Düzəldəcəyik, vəssalam. Azarkeşdi, avtobusun yanından keçəndə daş atıb. Gərək olmayaydı, olubsa belə, bu o demək deyil ki, oyuna çıxmadan geriyə qayıtmalıyıq”.
Bəlkə də "avtobus söhbəti"nin şişirdilməsi, "oynamadan geri qayıdırıq" mesajları oyunöncəsi rəqibə təzyiq üçün idi, amma gedişat göstərdi ki, bu "qumbara" elə "Neftçi"nin öz "əlində" partladı…

 

Onda baş aşağı idi, indi orta barmaq yuxarı

Sadıqovun bu açıqlaması “qurbağa gölünə daş” oldu olmağına, gəl ki, aqressiya artıq futbolçulara sirayət etmişdi və bunu 90 dəqiqə ərzində dəfələrlə gördük. Adi bir misal: ötən il avqustun 25-də Lənkəranda keçirilmiş və sonu azarkeş həbsi ilə bitən oyunun əvvəlindən axırınadək tribunalardakı fanatlar Mahir Şükürovu fitə basdılar, söydülər. Ancaq Şükürov təxribata uymadı, 90 dəqiqə təmkinini qoruyub futbolunu oynadı. Bəs bu dəfə? Oyun boyu ən aqressiv futbolçu idi və tribunalara da orta barmağını “hədiyyə” etdi. Bu da azmış kimi, feysbukda baş hakim Rəhim Həsənovu söyüşə “qonaq etdi”. Dünənki oyunda “Neftçi”nin 3 futbolçusu qırmızı vərəqə aldı və referi hər üçünü eyni maddə ilə “qovub”: “Aqressiv davranış”! Günah yenə hakimdədi? O dumanlı havada aparılan çəkilişdə oyunu görmək olmurdu, deyirsiz, hakimliyin müzakirəsini açım? Amma yox, bu hakim başqa hakim, son yarımbaşlığı məxsusi onunçün saxlamışam…

Rəhim bu, “içi” də bəlli, “çölü” də…
Rəhim Həsənovun “Neftçi”yə münasibəti məlumdu. “Ağ-qaralar”ın Rəhimə hələ ötən il “Qarabağ”la oyundan sonra yapışdırdığı “qərəzli” damğası “İnter”lə oyunda özünü göstərmədi, göstərmədi? Bəs Superkubokdakı hoqqası? Unuduldumu zənn edirsiz? Və bu növcavanı yenidən “Neftçi”nin oyununa göndərmək bu qədərmi lazım idi? Başqa hakim yoxdu? Hərçənd, bu yerdə “əlbəttə, yoxdu” deyə bilər Xaqani Məmmədov. Əlbəttə, bir hakimini bir klubla “göbəkkəsdi” edərsənsə, digərini filan klubun prezidentinin xahişiylə göndərməzsənsə oyunlarına, yerdə uşaq-muşaq və bir də qərəzli referilər qalar. Və sən də öz “şkura”nı qorumaq üçün uşağı yox, qərəzlini göndərərsən, “yansa da, canı Cəhənnəmə, onsuz da səhvləri “qərəz” kimi müzakirə olunacaq” düşüncəsiylə…

Saleh Arslan

Son yazılar

To Top