Son ölkə çempionu "Neftçi" ilk transferini reallaşdırıb.
Korner.az-ın məlumatına görə, "ağ-qaralar" sabiq futbolçusu Denis Silva ilə müqavilə bağlayıb.
Braziliyalı müdafiəçi ilə 6 aylıq müqavilə imzalanıb.
Qeyd edək ki, müqavilə ilə “Qremio”ya məxsus olan futbolçu “Neftçi”də icarə əsasında çıxış edirdi. O, 2010-2012-ci illərdə “Neftçi”də 59 oyun keçirib, 2 qol vurub və 2 dəfə çempion olub. Denis 2008-2010-cu illərdə “Xəzər Lənkəran”ın formasını geyinib.