“Neftçi” “Zirə” ilə matçın hazırlığını başa vurdu
19.10.2019 , 23:15
“Neftçi” Premyer Liqanın VIII turunda qarşılaşacağı “Zirə” ilə matçın hazırlığını başa vurub.
Korner.az xəbər verir ki, komanda bu gün “Bakcell Arena”da oyunöncəsi son məşqə çıxıb. Hazırlıq prosesində toplu və texniki-taktiki çalışmalar yerinə yetirilib.
Oktyabrın 20-si “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Zirə” oyunu saat 17:00-da başlanacaq. Qiyməti VİP yerlərə 5 AZN, qalan bütün sektorlara 1 AZN təşkil edən oyun biletlərini “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündü.