big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Neftçi” üçün detektiv roman – YAZI

06.04.2015 , 05:14

Həyat həqiqətən də çox qəribədir. Gecə yatırsan, səhər oyananda hər şeyin ağlasığmaz dərəcədə dəyişdiyini görürsən. Eyni hadisələr hal-dazırda “Neftçi”də cərəyan edir. Bir neçə gün öncə bu klubda keçirilən Müşahidə Şurasının iclasında gözlənilən, bir o qədər də inanılmaz  qərar qəbul olundu: Xalq yazıçısı Çingiz Abdullayev Şuranın sədri seçildi. Çingiz bəyin yaxşı yazıçı olması ilə işimiz yox, bəs onun FUTBOL KLUBUnda nə dərəcədə perspektivi ola bilər? Bu an xatırladım ki, Çingiz müəllim daha çox detektiv janrlı əsərləri ilə məşhurdur… Son 2-3 ildə “Neftçi”dən  elə şeylər görüb-eşitmişik ki, Abdullayevin romanlarını ilə də müqayisə oluna bilər. Bəs yaxşı, görkəmli yazıçı öz klubunun manifestini yazsaydı, ortaya nə çıxardı?

***

Hər şey 2012-ci ildə başlamışdı.  İsti yay günlərində “flaqman” İsrail “Hapoel”indən alınan biabırçı məğlubiyyətin əvəzini Kipr APOEL-indən çıxdı. Düzdür, sonradan bəzi “ağzıgöyçəklər” oyun alqı-satqısı kimi çox çirkin iddialar ortaya atdılar, qələbənin təmizliyinə inanılmadı. Eybi yox. Fakt o idi ki, “Neftçi” ölkə futbolu üçün yeni tarix yazdı. Daha sonra isə qrup mərhələsinin son turunda Milan “İnter”i ilə görüşdə əldə olunan heç-heçə (2:2) bizə yenidən qürur hissləri yaşatdl. Bu qədər. Pərdə bağlandı bağlanmağına, amma həmin tamaşanın nostalgiyası daha bir neçə il Böyükağa Hacıyev və yetirmələri üçün məşhur məsəldəki “dilçək” rolunu oynadı.

Daha sonra Araz Abdullayevin avtomobil qəzası futbol gündəminə düşdü.  Öz bahalı avtomobili ilə klubun bazasına tələsərkən törətdiyi qəza nəticəsində iki süpürgəçi qadından birini həyatdan məhrum etdi, digərini  isə ağır şəkildə yaraladı. Təbii ki, qəzadır, buna görə kimisə qınamaq yersizdir, sabah hamımızın başa gələ bilər. Dərd bundadır ki, Araz bundan sonra da islah olunmadı, qarşıdakı aylarda bir neçə dəfə “avtoşluq” üstündə DYP əməkdaşları ilə üz-üzə gəldi. Və maraqlıdır: bu hadisədən sonra gənc futbolçu cəza-filan almadı. Nə deyək, Sadıq Sadıqovun dəstəyi və tanış-bilişi sayəsində bu problem də həll olundu. O detektiv romanlarda olur e, əli hər yerə çatan “dayday”lar, hə, bax ondan. Amma inanmıram ki, Araz Abdullayev bundan xəbəri olsun, olsaydı, “Çingiz Abullayevin hansı romanını oxumsan?” sualına “normal sual ver, normal cavab verək də” deməzdi… Sözün düzü, axırıncı dəfə nə vaxt kitab oxuduğu şəxsən mənə çox maraqlıdır.  

Göylə gedib, özünü futbol ulduzu hesab edənlərin  təkəbbürü 2013-cü il may ayının 28-i, kubokun finalında pik həddə çatdı. Kimi stadionda şıllaq atdı, kimi karate,boks,kikboksinq fəndləri göstərdi. Yenə eybi yox. Axı onlar Avroliqanın qrupuna düşmüşdülər. Yox, yox, əslində, onların hərəkətlərini bununla əlaqələndirməyim bir qədər düzgün deyil, axı həmin şəxslər ondan öncə də müxtəlif vaxtlarda “Bakı”nın futbolçuları İbrahim Karqbo və Elvin Əliyevi də döymüşdülər. Döymək üçün yox e, öldürmək üçün döymüşdülər. Hə, bir də 2013-cü il aprelin 21-də keçirilən “Neftçi” – “Qəbələ” oyunundan sonra onların rəqib komandanın məşqçisi Azər Bağırovla da “razborka”sı düşmüşdü… 

Həmin hadisədən iki ay sonra daha dəqiqi 2013-cü ilin iyulunda yenə aləm dəydi bir-birinə. Yox, yox bu dəfə heç kimi döyməmişdilər, amma elə hadisə baş verdi ki, nəyə desən dəyər. Futbol tariximizə “Korça faciəsi” deyə adını yazdıran o mənfur gecə, o mənfur rəqib. “Neftçi” komandanın baş məşqçisi Böyükağa Hacıyev daxil olmaqla, çoxlarının “kənd komandası” hesab etdiyi Albaniya “Skenderbeu”suna biabırçı şəkildə məğlub oldu. Bu isə təbii olaraq, Böyükağa Hacıyevin istefası ilə nəticələndi. Hər halda, çıxıb orda “Bu gün qələbə qazanmasam, sabah istefa verəcəm” deyən mən deyildim ki. Mən romanımda baş qəhrəmanın belə özündənrazı açıqlama verməsinə imkan vermərəm. Hər nə isə. “Detektiv klub”da Hacıyevin yenidən baş məşqçi postuna keçməsi özünü çox gözlətməyəcəkdi.  

Növbəti yaddaqalan hadisə isə həmin ilin avqustunda baş verdi. “Neftçi” və “Xəzər Lənkəran” arasında keçirilən çempionat oyununda futboldan başqa hər şeylə yadda qaldı. Azarkeşlərin intizamsızlığı ucbatından stadionda bir neçə nəfər yaralandı.  Bəzi azarkeşlərin həbsxanaya düşdüyünü xatırlatmaqda da fayda var. Klubların məsələyə biganə qalması da həbs müddətini uzatdı. Ədalət naminə, orda bakılılardan çox, “Xəzər Lənkəran” azarkeşlərinin günahı var idi. Bu isə sonda AFFA tərəfindən “bu komandalar arasında keçirilən qarşılaşmalara qonaq klubun azarkeşləri buraxılmayacaq” qərarının qəbul olunması ilə nəticələndi. Demək olar ki, bu klubların hər görüşü dava-dalaş ilə yadda qalır. Heç o boyda “El-klasiko”da belə şeylər olmaz.
Təxminən 3 aylıq Tərlan Əhmədov “macəra”sı “Xəzər Lənkəran”ilə Superkubok oyunundan sonra (2:1) başa çatdı. Pis-yaxşı Əhmədovlu günlərdən sonra “sükan arxası”na Nazim Süleymanov keçdi. Əslində, Süleymanov əvvəl yaxşı başlamışdı, sonrakı həftələrdə uğursuz nəticələr sıralanmağa başladı. Bu baxımdan, bəlkə də, Nazim bəyin qış fasiləsi başlar-başlamaz istefaya göndərilməsi tamamilə məntiqəuyğun idi. Amma sonradan mətbuata sızan xəbərlər, verilən açıqlamalar bu “uğursuzluq”ların iç üzünü açdı. Sən demə, başda Mahir Şükürov olmaqla bəzi futbolçular Süleymanovun klubdan mümkün gedişini sürətləndirmək bəzi hiylələrə əl atmışdılar. Araz Abdullayevdən fərqli olaraq, mənim romanlarımı ucundan-böyründən oxumuş olsaz, bilərsiz, olur hərdən “əlaltı”larının xəyanəti nəticəsində mafiya başçısı həbsxana və ya məzarın yolunu tutmalı olur. Mahir Şükürov həmin vaxtarda  daha iki absurd açıqlama verdi. Əvvəl dedi ki, “Neftçi”nin futbolçuları Böyükağa Hacıyevlə “ata-oğul” qədər yaxındırlar”. Bu məqamda bütün fuutbol ictimaiyyəti “Allah xoşbəxstliyini daimi etsin”, desə də, təəssüf ki, belə olmadı. Daha sonra isə Şükürov “Nazim Süleymanov AZAL-la oyundan sonra 3 əcnəbi futbolçuunu döymək istəmişdi” kimi açıqlama vermişdi.  Burda müqayisə yersizdir, mən ən azından hansısa baş qəhrəmanımın bu cür fikir bildirdiyini xatırlamıram.  Nə cür, hansı yollarla elədilər, bilmirəm, amma nəticədə köhnə tanış Böyükağa Hacıyevi istefasından heç 5 ay keçməmiş geri qaytara bildilər.
 
2014-cü ilin fevral ayının əvvəllərindən keçirilən “Xəzər Lənkəran”la qarşılaşma da az yaddaqalan olmadı.  Oyunun sonlarında kimin kimə təpik, kimə şıllaq atdığını, kimin nə üstündə qırmızı vərəqə aldığını ayırd etmək çox çətin idi.  Hə, birdə bu oyun Mahir Şükürov bu oyunda öz karyerasının kulminasiya nöqtəsinə çatdı. Təbii ki, bunu nümayiş etdirdiyi oyun yox,orta barmağı  baxımından deyirəm.  Artıq bu sahədə “peşəkarlaşan” Mahirin cəmi bir neçə ay əvvəl Qəbələ azarkeşlərini də eyni üsulla cəzalandırdığını xatırlamaq da fayda var. Qarşıdakı bir neçə tur ərzində qeydə alınan uğursuz nəticələri isə hakimlərin boynuna qoymaqla işin altından çıxmaq olurdu.

Bir ara “Neftçi” vəziyyət düzəlmişdisə, sonra yenə aləm dəydi bir-birinə. Bu dəfə “ağ-qara”ların aparıcı futbolçularından biri Rəşad Sadiqovun baş məşqçi ilə sözləri çəp düşdü. Nəticədə Sadiqov bir müddətliyə  əvəzedici komandada görünməyə başladı. Görünən o idi ki,  “Neftçi”dəki “ata-oğul” münasibətlərinə göz dəymişdi. Sonradan futbolçu əsas heyətə qaytarılsa da, bunun gözdən pərdə asmaq üçün edildiyini anlamaq çətin deyildi. 3 ay keçəndən sonra isə karyerasının qürub çağında olan futbolçu əzəli rəqib “Xəzər Lənkəran”ın yolunu tutdu. Qəribədir,vallah. Bu həm də onu anlamamıza yardımçı oldu ki, yalnız Azərbaycanda komandanın kapitanı əzəli rəqibin düşərgəsinin yolunu tuta bilər.

Pis-yaxşı mövsümdən sonra bakılıların çempionatda 4-cü pillə ilə kifayətlənməsinə rəğmən Azərbaaycan kubokunu başları üzərinə qaldıra bildilər.  Bu isə  növbəti mövsümdə Avropa Liqasının 2-ci təsnifat mərhələsinə bilet anlamına gəlirdi.  Səfərdə qazanılan 2:0-lıq qələbə “Neftçi”nin növbəti mərhələyə keçməsi, Sadıq Sadıqovun isə yuxusunun çin olması anlamına gəlirdi. 3-cü mərhələdə isə rəqib qonşu Gürcüstan komandası “Çixura” idi. Bu komanda üzərində qazanılan qələbə (3:2) “Neftçi”ni qrupun mərhələsinin astanasına qədər gətirib çıxardı. Düzü, bu qələbələrə də kölgə salan “ağzıgöyçəklər” oldu. Pley-offda isə rəqib Serbiya “Partizan”ı idi. İlk oyunda 2:0 irəlidə olmasına rəğmən, sonda “ağ-qaralar” meydanı başıaşağı (2:3) tərk etdi. (həmin oyundan sonra da “ağzıgöyçəklər” rahat durmadı.) Cavab qarşılaşmasının keçirildiyi “Tofiq Bəhramov adına Respublika stadionu”nda isə otdan çox, palçıq çuxurları nəzərə çarpırdı. Bu isə sonda “Neftçi”nin məğlubiyyəti (1:2) və Böyükağa Hacıyevin istefası ilə nəticələndi. 

Arif Əsədov “Neftçi”nin baş məşqçisi postuna təyinat alandan sonra da, demək olar ki, ciddi heç nə dəyişmədi. Qarşıdakı bir neçə turda da uğursuzluğun səbəbi kimi hakimlər göstərildi. Bu isə öz kulminasiya nöqtəsinə ötən ilin noyabrında Zaqatala keçirilən “Simurq”la qarşılaşmadan sonra çatdı. Klubun prezident müşaviri Elnur Əşrəfoğlu Xaqani Məmmədova qeyri-etik sözlər deyərək üzərinə hücum çəkdi. Bu hadisə üçün də detektiv romanlarda analogiya tapmaq olar.

P.S. Bizim futbolda ən sevidiyim xüsusiyyət burda istənilən qədər komik və detektiv materiallar tapmaq olar. Bəlkə də taleyin ironiyasıdır ki, “Neftçi”nin Müşahidə Şurasına üzv seçilmiş iki şəxs – Çingiz Abdullayev və Bəhram Bağırzadə müvafiq olaraq detektiv yazıçı və komediya ustasıdır.

Ürfan Məmmədzadə

Son yazılar

To Top