“Neftçi” yarımfinalda!
09.02.2024 , 20:57

Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına yekun vurulub.
Korner.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma keçirilib.
İlk matçda “Qəbələ” “Araz-Naxçıvan”la qarşılaşıb və 2:0 hesablı qələbə qazanıb. Günün sonuncu matçında isə “Neftçi” “Sumqayıt”la üz-üzə gəlib. Görüş 1:1 hesabı ilə bitib. İlk oyunun nəticəsinə görə “Neftçi” adınl yarımfinala yazdıra bilib.
Azərbaycan Kuboku
1/4 final mərhələsi, cavab oyunları
9 fevral
16:00 Qəbələ – Araz-Naxçıvan – 2:0
Baş hakim: İnqilab Məmmədov
Qəbələ şəhər stadionu
İlk oyun – 1:1
19:00 Neftçi – Sumqayıt – 1:1
Baş hakim: Kamal Umudlu
“Neftçi Arena”
İlk oyun – 3:2.
