“Neftçi” “Şamaxı” üçün hazırlaşır
12.05.2023 , 14:37

“Neftçi” Premyer Liqanın XXXIV turu çərçivəsində qarşılaşacağı “Şamaxı” ilə oyunun hazırlığını davam etdirir.
Korner.az xəbər verir ki, komandanın üzvləri bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə növbəti məşqə çıxıblar. Hazırlıq prosesində əsasən toplu və taktiki çalışmalar yerinə yetirilib.
Mayın 14-də keçiriləcək görüş saat 20:30-da başlayacaq.
