Konfrans Liqasında kim yaxşı olacaq?
12.05.2023 , 13:07
Avropa Konfrans Liqasında yarımfinal mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı oyunçusu adına namizədlər müəyyənləşib.
Korner.az xəbər verir ki, namizədlər arasında Deklan Rays, Səid Benrahma (hər ikisi “Vest Hem”, İngiltərə), Kristiano Biraqi (“Fiorentina”, İtaliya) və Andi Diufdur (“Bazel”, İsveçrə) yer alıb.
Qalib UEFA-nın saytında azarkeşlər arasında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində məlum olub.
