“Neftçi” “Roma”ya məğlub oldu
31.08.2022 , 19:55
“Neftçi”nin U-17 komandası İtaliyanın paytaxtı Romada təşkil olunan Skopinyo Kubokunda ilk oyununu keçirib.
Korner.az xəbər verir ki, baş məşqçisi Rəşad Hüseynov olan “ağ-qaralar” “Roma” klubu ilə qarşılaşıb və minimal hesabla uduzub – 0:1.
“Neftçi” C qrupundakı sonuncu matçında sabah “Lodiciani” klubu ilə üz-üzə gələcək. İtaliyanın “İnter”, “Latsio”, “Napoli”, “Salernitana”, “Ternana”, “Pol Kantalis”, “Napoli Yunayted”, Türkiyənin “Fənərbaxça”, Braziliyanın “Fluminense” klublarının da iştirak etdiyi turnirə sentyabrın 2-də yekun vurulacaq.