"Böyük oyun" öncəsi saxlanılan 30-a yaxın "Neftçimania" fanklubunun azarkeşləri artıq buraxılıb.
Fanklubdan Korner.az-a verilən məlumata görə, "ağ-qaralar"ın rəhbərliyinin məsələyə müdaxiləsindən sonra həmin azarkeşlərin fakerləri əllərindən alınaraq üstləri yoxlanılıb. Bundan sonra həmin azarkeşlər buraxılıb.
Xatırladaq ki, “Caspian Ultras” və “Neftçimaniya” fan-klubları arasında düşən davada qonaq komandanın 30-a yaxın azarkeşi Lənkəran polisi tərəfindən saxlanılmışdı.