Avstriyada təlim-məşq toplanışını davam etdirən “Neftçi”nin görüşəcəyi daha bir rəqibin adı məlum olub. Korner.az-ın məlumatına görə, paytaxt təmsilçisi Çexiyanın “Prjibram” klubu ilə qarşılaşacaq. Matçın iyulun 9-da keçiriləcəyi qərara alınıb.
Bundan öncə 3 oyun keçirən “Neftçi”, “Dinamo” Kiyev ilə 2:2 edib, Rumıniyanın “Botoşan” komandasına 0:3, Almaniyanın “Dinamo” (Drezden) komandasına isə 1:2 hesabı ilə məğlub olub
