Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Neftçi” daha bir futbolçunun keçidini rəsmiləşdirib.
Korner.az-ın məlumatına görə, “ağ-qaralar” Karlos Kardoso və Pavel Doroşevsin ardından hücumçu Melvin Platye ilə 2 illik müqavilə imzalayıb. Dünən komandaya qoşulan 24 yaşlı hollandiyalı rəsmi müqaviləyə imza atıb.
Qeyd edək ki, Platyenin son klubu Hollandiyanın NEC klubu olub.