Premyer Liqanın XXI turunda “Bakı” “Neftçi”ni qəbul edəcək.
Korner.az-ın məlumatına görə, bu oyun tərəflər arasında çempionatdakı 45-ci qarşılaşma olacaq.
Əvvəlki matçlarda “Neftçi”nin böyük üstünlüyü var. Belə ki, “ağ-qaralar” indiyədək 25, “zolaqlılar” 10 qələbə qazanıb, 9 matçda qalib müəyyənləşməyib. “Neftçi”nin 63 qoluna “Bakı” 38 dəfə cavab verib.
Lakin “ağ-qaralar” son 5 matçda cəmi 1 dəfə qalib gəlib. Ölkə çempionu son 9 qarşılaşmada qapısını toxunulmaz saxlaya bilməyib.