“MDB çempionatı olmayacaq. Rusiyadan 5-6, Ukraynadan 4 komanda, üstəgəl, BATE onlara qoşuldu. Moldova “Şerif”inin bu yarışa qatılmaq gücdə olması da böyük sual altındadır. Gürcüstanda səviyyə orta, Ermənistanda isə aşağıdır".
Korner.az-ın məlumatına görə, bu sözləri hazırda Rusiyanın “Piter” klubunda məşqçi kimi çalışan Tumiloviç deyib.
Belarus millisinin sabiq qapıçısı “Neftçi”nin də belə yarışda oynamağa layiq olmadığını və pul gücünə "ağ-qaralar"ın Avropa Liqasının qrup mərhələsinə düşdüynü iddia edir:
"Azərbaycandan “Neftçi” isə Avropa Liqasının qrup mərhələsinə pul hesabına çıxsa da, orda heç nəyə nail olmadı. Üstəlik, MDB çempionatından avrokuboklara vəsiqələrin necə bölüşdürülməsi də sual yaradır”.