“Neftçi” akademiyasından seçim elanı
24.12.2019 , 16:14

“Neftçi” Futbol Akademiyası 2012-2013-cü il təvəllüdlü uşaqları seleksiya məşqlərinə dəvət edir.
Korner.az xəbər verir ki, özünə güvənən və gələcəkdə “Neftçi”nin əsas komandasında forma geyinmək istəyən istedadlı uşaqlar seçimlərdə iştirak edə bilərlər.
Seçimlər yanvarın 4-ü və 5-i, saat 11:00-dan 13:00-dək Nizami rayonu, Özbəkistan küçəsi 1 ünvanında yerləşən “Amasiya” İdman Kompeksində (“Romance Palace” şadlıq sarayı ilə üzbəüz) keçiriləcək.
Əlavə məlumat üçün +994 50 218 49 88 nömrəsi vasitəsilə əlaqə saxlaya bilərsiz.
