big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Necə deyərlər-yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır” – MÜSAHİBƏ

09.01.2013 , 21:54

“İnter”in Uşaq Gənclər Futbol Məktəbi üzrə inkişaf layihəsinin rəhbəri Valentin Xodukin klubun saytına müsahibə verib. Korner.az həmin müsahibəni sizə təqdim edir.

-Öncə bilmək istərdik, necə yaşayırsınız?

-Futbol ilə bağlı olan insanlar kimi yaşayırıq. Hər şey “İnter”PİK-in Uşaq Gənclər Futbol Məktəbinin qarşısında dayanan qısa vadəli tapşırıqlardan asılıdır. Hər bir işin öz zolaqları, yükü və gərginliyi var, lakin həmçinin yeni qərarlar axtarmaq üçün zaman da var. Futbol günlərimiz belədir. Düşünürəm ki, digər futbol məktəbləri, digər futbol təşkilatları da belə yaşayır. Normal yaşayırıq. Məktəbimiz futbol meydançaları ilə, inventar və digər lazımi avadanlıqlarla təmin olunub.

-“İnter” UGFM üçün ötən mövsüm kifayət qədər uğurlu oldu. Bu il də sizdən böyük uğurlar gözləyə bilərik?

-Bəli, ötən mövsüm bizim məktəb üçün kifayət qədər uğurlu oldu, bununla bağlı sizinlə razıyam. U-17 komandamız ölkə çempionu oldu, bu isə Azərbaycan üçün əlamətdar nailiyyətdir. Bundan başqa, digər komandalarımız da mövsümü 2-ci və 3-cü yerlərdə başa vurdu. Deyim ki, ikinci yerdən biri 1-ci yerə dəyişəcəkdi, lakin mənasız səhvlər 2001-ci il təvəllüdlü futbolçulardan formalaşdırılmış komandamıza ölkə çempionu olmağa imkan vermədi. Bu komanda böyük işlər gördü və çempionluq onlar və məşqçiləri üçün sərf etdikləri əməyə görə mükafat olacaqdı. Ancaq təəssüf ki, finalda uduzduq. Bu il bizi mübarizə gözləyir. Biz anlayırıq ki, bu mövsüm daha ağır olacaq, axı uşaq futbolunda il illə üst-üstə düşmür. Böyük uğura nail olmaq çox çətin olacaq, axı bizim çox rəqabətqabiliyyətli rəqiblərimiz var.

-Biz artıq öyrəşmişik ki, müxtəlif yaş kateqoriyalı uşaq komandalarımız beynəlxalq turnirlərdə iştirak edirlər. Bu mövsüm “Inter” UGFM komandalarının beynəlxalq turnirlərdə iştirakı planlaşdırılır?

-Mən beynəlxalq turnirlərə iki mövqədən yanaşıram. Birincisi, özünü göstərmək, ikincisisə, xaricdə uşaqların necə oynadıqlarını görmək. Sözsüz, beynəlxalq turnirlər çox faydalıdır. Uşaqlar xarici klublarla güc nisbətini görürlər. Məşqçilər də işlərində tətbiq edə biləcəkləri anları müşahidə edirlər. Necə deyərlər-yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Ancaq mən gəzinti xarakterli turnirlərin tərəfdarı deyiləm. Elə turnirlər olmalıdır ki, uşaqlarımız kötək altına düşməsinlər. Bu planda çox ehtiyatlı olmaq lazımdır, axı bu, “İnter”in imicinə və uşaqların psixikasına böyük zərbə vura bilər, uşaqlar həvəsdən düşərlər. Belə hallara differensial yanaşmaq lazımdır. Beynəlxalq turnirlərin arxasınca qaçmaq lazım deyil. Beynəlxalq turnirlərdə iştirak “İnter” üçün ehtiyatın yaradılması prosesinin bir hissəsi olmalıdır. Biz beynəlxalq turnirlərə bu nöqteyi-nəzərdən çıxış edərək baxırıq.

-“İnter” UGFM ölkədə qabaqcıl məktəblərdən biridir. Bu mövsüm məktəbdə hansı innovasiyaların və yeniliklərin tətbiqi planlaşdırılır.

-Hazırda bizim müxtəlif yaş qrupları üçün nəzəri məşğələləri əhatə edən tam dövrədən geniş istifadə etməyə başlamışıq. Nəzəri məşğələlərin dövrü metodiki xarakter daşıyır, onlar idraki istiqamət daşıyır. Biz uşaqlara futbolun müxtəlif aspektlərini öyrədirik, xüsusilə də futbol meydanşasında necə davranmaq lazımdır, komanda yoldaşlarıyla necə qarşılıqlı fəalliyyət göstər zəruridir və s. Bu məşğələlər özündə taktiki düzülüşləri, müdafiədə oyunun təşkilini, müdafiədən hücuma keçməyi və əksinə, ehtiva edir. Biz uşaqlara oyun vəziyyətindən asılı olaraq meydançanın bu və ya digər hissəsində özünü göstərmək üçün futbolçunun hansı fərdi keyfiyyətlərə malik olması barədə danışırıq. Bunu əsasən yuxarı yaş qruplarına sıx şəkildə təlqin etməyə çalışırıq, ancaq demək istəyirəm ki, bu məsələdə artıq 1999-cu il təvəllüdlü uşaqlardan formalaşdırılmış komandalara da çatmışıq.

Son yazılar

To Top