Nazarovun komandasından heç-heçə
08.08.2022 , 14:19
Almaniya 3-cü liqasında 2-ci turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, millimzin futbolçusu Dmitri Nazarov formasını geyindiyi “Erzgebirge” doğma meydanda “Osnabryuk”la qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb. Nazarov start heyətdə meydana çıxıb və sonadək oynayıb.
Aue təmsilçisi 2 turdan sonra 2 xalla 20 komanda arasında 12-ci pillədə qərarlaşıb.