“Napoli”nin futbolçusu koronavirusa yoluxdu
02.01.2021 , 16:08

“Napoli”nin hücumçusu Viktor Osimhen koronavirusa yoluxub.
Korner.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Futbolçunun COVİD-19 testinin nəticəsi müsbət olub. Onun dərhal karantinə alındığı bildirilib.
