Madrid "Real"ının türk əsilli futbolçusu Məsud Özil “La Liqa”dakı fasilədən istifadə edərək Türkiyəyə gəlib.
Korner.az-ın məlumatına görə, İstanbulda istirahət edən Özil restoranların birində yaxın dostluq etdiyi məşhur aparıcı Acun Ilıcalı və Alişanla bir yerdə görüntülənib. Dostları ilə bir yerdə simitlə çay içən Özil Türkiyə həsrətinə belə son qoyub.