Mutu istefa verdi
03.04.2024 , 23:14

Adrian Mutu ÇFR-in baş məşqçisi vəzifəsindən istefa verib.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumatda, mütəxəssisin dünən komandanın Rumıniya kubokunda CFR-in “Korvinul Hunedoara”ya 0:4 hesablı məğlubiyyətindən sonra istefa ərizəsini rəhbərliyə təqdim etdiyi bildirilib.
“Neftçi”nin sabiq baş məşqçisi Adrian Mutu bu ilin yanvarında ÇFR-ə baş məşqçi təyin edilmişdi.
