“Qarabağ”ın yarımmüdafiəçisi Muarem Muarem “Valletta” maçı haqqında öz fikirlərini bildirib.
Korner.az-ın məlumatına görə, komandanın əsas məqsədi qol vurmaqdı:
“Bizi çətin qarşılaşma gözləyir. Bu səbəbdən oyuna yüksək səviyyədə hazırlaşmışıq. Məqsədimiz meydandan qələbə ilə ayrılmaqdı”.
Bu gün Çempionlar Liqasının II təsnifat mərhələsində “Valletta” ilə üz-üzə gələcək ağdamlıların futbolçusu Maltada vurulacaq qolun əhəmiyyətindən danışıb: “Öncə qol vurmalıyıq. Əgər öz oyunumuzu göstərə bilsək, məqsədimizə çatmaq üçün problem olmayacaq. Yaxşı nəticə qazanacağıq. Səfərdə vurulan qol evdə üstünlük sayılır”.
Muarem bildirib ki, Bakıya daha yaxşı nəticə ilə qayıtmaq üçün əllərindən gələni edəcəklər: “Cavab oyununa bizi qane edən hesabla çıxmaq yaxşı olardı. Buna görə bu günkü dueldə sona qədər mübarizə aparmalıyıq”.
Apasport.az
