İngiltərənin “Arsenal” klubu Madrid “Real”ının yarımmüdafiəçisi Sami Xediranın transferini reallaşdırmaq üzrədi.
Korner.az-ın məlumatına görə, Almaniya millisinin üzvü London klubuyla 4 illik müqavilə imzalayacaq. Tunis əsilli dayaq yarımmüdafiəçinin transferi “topçular”a 29 milyon avroya başa gəlib.
Xatırladaq ki, Xedira Per Mertezaker, Məsut Özil, Lukas Podolski və Serj Qnabridən sonra “Arsenal”da 5-ci almaniyalı futbolçu olacaq.