Madrid "Real"ının baş məşqçisi Joze Mourinyo ötən gün Miamidən Lissabona uçan təyyarədə qalmaqal yaradıb. Korner.az-ın məlumatına görə, qadın sərnişinlərdən biri "Yaşasın "Barselona"!" şüarı səsləndirməsi don Jozeni qəzəbləndirib. Çalışdırıcı bu sözləri işlədən qadına tərəf gedərək: "Sən s….miş bir donuzsan. Səni öldürərdim. Qadın olmasaydın səni yaxşıca döyərdim". – deyib.
Qadın isə bu cür reaksiyaya qarşı: "Sadəcə zarafat etmək istədim" deməsi Joze Mourinyonu daha da əsəbləşdirib. Portuqaliyalı çalışdırıcı: "Kəs səsini!" deyərək yerinə əyləşib.