Londonun “Çelsi” klubunun təcrübəli baş məşqçisi Joze Mourinyo Uruqvay millisinin hücumçusu Luis Suaresin FİFA tərəfindən cəzalandırılmasına münasibət bildirib.
Korner.az-ın məlumatına görə, təcrübəli portuqaliyalı mütəxəssis Suaresin bu cəzaya layiq olduğunu deyib:
“Futbolda oyunçular və məşqçilər üçün müəyyən qaydalar var ki, ondan kənara çıxmaq olmaz. Mənim də zaman-zaman intizamsız hərəkətlərim olub, ancaq həddimi bilmişəm. Suares isə artıq üçüncü dəfə eyni hərəkəti etdi. Düşünürəm ki, o, bu cəzaya layiq idi”.