“Monako” “İnter”in hücumçusu Stevan Yovetiç transfer edib.
Monteneqrolu futbolçunun “Monako”ya keçidinin şərtləri açıqlanmayıb. Yovetiç yeni klubunda Kilian Mbappenin 10 nömrəli futbolkasını geyinəcək. Bu isə o deməkdir ki, Mbappe rekord məbləğlə PSJ-yə keçəcək.
Yovetiç ötən mövsümün ikinci yarısında icarə əsasında “Sevilya”nın şərəfini qoruyub.
