Millinin sabiq baş məşqçisi vəfat etdi
22.12.2020 , 18:15
Türkiyə millisinin keçmiş baş məşqçisi Özkan Sümer vəfat edib.
Korner.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.
80 yaşlı Sümer müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
O, məşqçilik karyerası ərzində “Konyaspor”, “Qalatasaray”, “Dənizlispor”, “Trabzonspor” kimi komandaları çalışdırıb.