Kasilyas “Real”da
22.12.2020 , 17:41

“Real”ın keçmiş qapıçısı İker Kasilyas Madrid klubuna qayıdıb.
Korner.az xəbər verir ki, Kasilyas klubun fondunda direktor müavini vəzifəsində çalışacaq. Bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
1999-2015-ci illərdə “Real”ın əsas komandasında oynayan Kasilyas yayda karyerasını bitirib.
