Milli komandamızın DÇ-2018-in seçmə mərhələsindəki rəqibi Şimali İrlandiya millisinin qaldığı otelin dayanacağında yanğın baş veri.
Korner.az-ın məlumatına görə, yanğın dayanacaqda park edilmiş avtomobildə baş verib.
Yanğın zamanı Şimali İrlandiya yığmasının futbolçuları da oteldə olublar. Ancaq hadisə yerinə cəlb olunan yanğınsöndürənlər avtomobili dərhal söndürüblər və yanğının ətraf ərazilərə keçməsinə imkan verməyiblər.
Hazırda polis hadisə ilə bağlı araşdırmalar aparılır. İlkin məlumatlara görə, yanğın qəsdən törədilməyib.