Milli komandamızın üzvü Rüfət Dadaşovun çıxış etdiyi “Kayzerslautern”in U-23 komandası qış fasiləsində son yoxlama oyununu keçirib.
Korner.az-ın məlumatına görə, komnada Regional Liqada mübarizəyə başlamazdan öncə Lüksemburqun “Fola” klubu ilə qarşılaşıb.
Oyun “Kayzerslautern”in 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı start heyətində yer alan millimizin hücumçusu açıb. Rüfət 3-cü dəqiqədə rəqib qapısına yol tapıb.
