Ukrayna çempionatında IX turun oyunları keçirilir.
Korner.az-ın məlumatına görə, Pavel Paşayevin çıхış etdiyi “Metallurq” (Zaparoje) “Stal”ın qonağı olub.
Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətində yer alan Pavel Paşayev sonadək meydanda olub. Millimizin üzvü 81-ci dəqiqədə sarı vərəqə alıb.