Noyabrın 14-də 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilə yoldaşlıq görüşü keçirəcək Moldova U-21-nin heyəti açıqlanıb.
Korner.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, millimizlə oyun üçün Moldova yığmasına 23 futbolçu dəvət çağırılıb:
Aleksey Koşelyov (“Real-Sukçes”), Vyaçeslav Voloşin, Maksim Fokşa (hər ikisi – “Dinamo-Avto”), İvan Prodan, Vladimir Rassulov (hər ikisi – “Sperantsa”), Maksimilian Modırka, Yevgeni Koçuk (hər ikisi – “Daçiya-2 Buyukan”), Artyom Xaçaturov, Yevgeni Şvedul, Konstantin Tsurkan, Vadim Ratsa, Vyaçeslav Lisa, Vadim Oleynik (hamısı – “Şerif”), Konstantin Boqdan, Georgi Anton, Sergey Patik (hamısı – “Zimbru”), Vasili Soltan (“Tiraspol”), Aleksey Solomin (“Akademiya”), Sergey Matey, Valeri Tiron, Nikolay Milinçanu (hamısı – “Veris”), Yevgeni Zastavnı (“Bonifatsio”, Fransa), Yevgeni Qorçaq (“Rapid-ÇFR”, Rumıniya).
Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 15:00-da Orhei İdman Kompleksində keçiriləcək.