Bu gün Qəbələ şəhərində 17 yaşadək qızlardan ibarət Azərbaycan və Bolqarıstan yığma komandaları arasında yoldaşlıq oyunu keçiriləcəyi haqda xəbər vermişdik.
Korner.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılaşma, əvvəlcədən xəbər verildiyi kimi, saat 18:00-da deyil, saat 17:00-da başlayacaq.
Xatırladaq ki, bu komandalar arasında iyulun 10-da keçirilmiş yoldaşlıq oyunu 1:0 hesabı ilə yığmamızın xeyrinə yekunlaşmışdı