Dünən Sankt-Peterburqun Konstantinovski sarayında 2018-ci ildə Rusiyada keçiriləcək Dünya Çempionatının püşkatma mərasimi keçirilib.
Korner.az-ın məlumatına görə, Millimiz C qrupunda yer alıb.
Qrup qalibləri birbaşa mundiala yüksələcəksə, ikinci yerin sahibləri pley-offda oynayacaq. Ən pis göstəriciyə malik 2-ci yerin sahibi final mərhələsində oynamaq şansını itirəcək, digər 8 komanda isə 4 cütlük formalaşdıracaq.
Millimizin də mübarizə aparacağı Avropa zonası üzrə seçmə mərhələnin təqvimi də müəyyənləşib.
Qrup mərhələsi
1-ci tur: 4-6 sentyabr, 2016
2-ci tur: 6-8 oktyabr, 2016
3-cü tur: 9-11 oktyabr, 2016
4-cü tur: 11-13 noyabr, 2016
5-ci tur: 24-26 mart, 2017
6-cı tur: 9-11 iyun, 2017
7-ci tur: 31 avqust-2 sentyabr, 2017
8-ci tur: 3-5 sentyabr, 2017
9-cu tur: 5-7 oktyabr, 2017
10-cu tur: 8-10 oktyabr, 2017
Pley-off oyunları
İlk oyunlar: 9-11 noyabr, 2017
Cavab oyunları: 12-14 noyabr, 2017
