Bu gün 19 yaşadək futbolçulardan ibarət yığmalar arasında Bakıda keçirilən Avropa çempionatının seçmə mərhələsinin qrup oyunlarına yekun vurulacaq.
Korner.az-ın məlumatına görə, millimizin yer aldığı 5-ci qrupda daha iki oyun keçiriləcək.
Qrupda son matçına çıxacaq Nazim Süleymanovun komandası bu dəfə Bosniya və Hersoqovina yığması ilə qarşılaşacaq. Keçirdiyi hər iki görüşdə məğlub olan millimiz qrup səddini aşmaq üçün bu matçda mütləq qələbə qazanmalıdır. Əks təqdirdə yığmamız mübarizəni dayandıracaq.
Qeyd edək ki, Azərbaycan millisi ilk oyununda Ukraynaya 0:4, daha sonra Türkiyəyə 0:1 hesabı ilə uduzub.
AVRO-2016-nın seçmə mərhələsi
V qrup
III tur
15 noyabr
Qırmızı vərəqələr: Senitsiya, 69. Mixayliçenko, 71 (hər ikisi Ukrayna).