19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Soçidə təşkil olunan “Kuban baharı” turnirində ikinci oyununu keçirib.
Korner.az-ın məlumatına görə,B qrupunda mübarizə aparan komandamız İsrail millisinin ardından Rusiya futbolçularına da məğlub olublar.
Şimal qonşularımız yığmamızın qapısından 3 cavabsız top keçiriblər. Qrupumuzun digər matçında isə israillilər Rumıniya üzərində 1:0 hesablı qələbəyə seviniblər.
