Azərbaycanın 17 yaşadək qızlardan ibarət futbol yığması AÇ-nin seçmə mərhələsi çərçivəsində bu gün növbəti matçına çıxıb.
Korner.az-ın məlumatına görə, yığmamızın qrupdakı son rəqibi Portuqaliya olub. Millimiz bu görüşdə də uduzub. Portuqaliyalılar 2 cavabsız qolla üstün olublar. Qeyd edək ki, Siyasət Əsgərovun yetirmələri əvvəlki görüşlərində İsveçrə (0:5) və Macarıstana (1:3) da uduzmuşdu.
Qrupdakı vəziyyət: İsveçrə – 9 xal, Macarıstan – 6, Portuqaliya – 3, Azərbaycan – 0.
