Millimiz Kosovoya getdi
18.11.2018 , 19:59

Millimiz UEFA Millətlər Liqasının qrup mərhələsinin 6-cı turunda qarşılaşacağı Kosovo ilə matç üçün Priştinaya gedib
Komanda Heydər Əliyev Beynəlxalq Hava Limanından çarter reysi ilə saat 18:30-da səfərə çıxıb.
Təyyarədə milli komanda ilə yanaşı, AFFA-nın baş katibi Elxan Məmmədov və İcraiyyə Komitəsinin üzvləri – Vaqif Sadıqovla İsgəndər Cavadov da yer alıb.
Qeyd edək ki, noyabrın 20-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:45-da başlanacaq.
