Kanada millisinin baş məşqçisi Stiven Xart istefa verib.
Korner.az-ın məlumatına görə, Kanada millisinin baş məşqçisi Stiven Xart DÇ-2104-ün seçim turu çərçivəsində keçirilən Kanada-Honduras oyunundakı 1:8 hesablı məğlubiyyətdən sonra istefa verib. Yeni baş məşqçinin adı isə noyabrın əvvəlində açıqlanacaq.
Qeyd edək ki, Kanada millisi bu məğlubiyyətlə mundiala vəsiqə qazanmaq şansını tamamilə itirdi.