“Qarabağ” qış fasiləsində transfer etdiyi millimizin futbolçusu Branimir Subaşiçin xidmətindən uzun müddət istifadə edə bilməyəcək.
Korner.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 30 yaşlı milliləşdirilən hücumçu 1 aylıq sıradan çıxıb.
Məşqdə əzələsini qıran Branimirin ən az 4 həftə meydana çıxmayacağı dəqiqdir. O, müayinə olunmaq üçün Türkiyəyə yollanacaq.
Subaşiçin bu müddət yaşıl meydandan kənarda qalmağı millimizin 2014-cü il dünya çempionatının seçmə mərhələsində martın 22-də Lüksemburqla səfər, 26-da Portuqaliya ilə ev oyununda forma geyməyəcəyi deməkdir.
