DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində öz meydanında Azərbaycan milli komandası ilə qollu heç-heçə edən (1:1) Şimali İrlandiya Futbol Assosiasiyası AFFA-ya müraciət ünvanlamağa hazırlaşır.
Korner.az-ın məlumatına görə, sülhlə başa çatan oyundan sonra milli komandamızın futbolçuları “Vindzor Park” stadionun soyunub-geyinmə otağını pis vəziyyətdə qoyaraq, skamyaların birini qırıblar.
Bu vəziyyət isə britaniyalıların xoşuna gəlməyib. İrlandlar stadiona dəyən ziyanın ödənilməsini istəyirlər.
Əgər Şimali İrlandiya tərəfi bu məsələ ilə bağlı FİFA-ya müraciət edərsə millimiz cəzalana bilər.
