Bu gün Azərbaycanda hərbçilər arasında 1-ci dünya çempionatı start götüb.
Korner.az-ın məlumatına görə, ilk oyun günündə milli komandamız Mali ilə qarşılaşıb.
Yığmamız turnirə darmadağınla start verib – 4:0.
Qollara Elvin Məmmədov (dəq.18), Cavid Hüseynov (dəq.34-pen.), Ruslan Qurbanov (dəq.57) və Elnur Abdulov (dəq.90+1) imza atıb.
Qeyd edək ki, 16 komandanın mübarizə apardığı turnir iyulun 14-də başa çatacaq.
