Milli İtaliya yığmasına qarşı
07.07.2023 , 13:53

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsinin qrup qarşılaşmalarında bu gün son oyununu keçirəcək.
Korner.az xəbər verir ki, milli “Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında təşkil olunacaq oyunda İtaliya yığması ilə qarşılaşacaq.
Qarşılaşma saat 18:45-də başlayacaq.
Milli əvvəlki oyunlarda Moldovaya (2:3) və Estoniyaya (4:7) uduzub.
