Milli A qrupunda mübarizə aparacaq
16.06.2023 , 20:15
Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsindəki rəqibləri müəyyənləşib.
Korner.az xəbər verir ki, komandamız İtaliya, Moldova və Estoniya yığmaları ilə birlikdə A qrupunda mübarizə aparacaq.
Oyunlar iyulun 5-dən 9-dək Bakı Su İdman Sarayının ərazisindəki çimərlik futbolu meydançasında keçiriləcək.