Milli 3 yoxlama oyunu keçirəcək
17.03.2021 , 20:52
Martın 14-dən etibarən Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası 3 yoxlama oyunu keçirəcək.
Korner.az AFFA-nın saytına istinadən xəbər verir ki, yığmamız “Qarabağ”, “Qaradağ Lökbatan” və “Qəbələ” ilə qarşılaşacaq.
20 mart
17:00. “Qarabağ” – Azərbaycan U-21
27 mart
16:00. Azərbaycan U-21 – “Qaradağ Lökbatan”
29 mart
16:00. Azərbaycan U-21 – “Qəbələ”