Azərbaycan – Yunanıstan matçının hakimləri müəyyənləşdi
17.03.2021 , 19:19
Futzal üzrə Avropa çempionatının seçmə qrup mərhələsində son oyununu aprelin 14-də Bakı İdman Sarayında keçirəcək Azərbaycan millisi Yunanıstan yığması ilə üz-üzə gələcək.
Korner.az xəbər verir ki, saat 19:00-da start götürəcək görüşü Ukraynadan olan hakimlər idarə edəcək:
Hakimlər: Yaroslav Vovçok (Ukrayna), Yevhen Hordiienko (Ukrayna), Knyaz Əmiraslanov (Azərbaycan)
Saniyəölçən: Hikmət Qafarlı (Azərbaycan)
Hakim-inspektor: Andreas Demetriou (Kipr).