“Milan” klubu heyətini daha bir futbolçu ilə gücləndirib.
Korner.az-ın məlumatına görə, klub “Kyevo”nun qapıçısı Maykl Aqazzini transfer edib.
29 yaşlı qolkiperlə üç il müddətinə müqavilə imzalanıb.
Qeyd edək ki, M.Aqazzini “Kyevo” ilə sözləşməsi cari mövsümün sonu başa çatacağı üçün “Milan” bu transferə təzminat ödəməyib.