İtaliyanın "Milan" klubunun futbolçusu Alesandro Nestanın komandadan ayrılmasını açıqlamasından sonra eyni addımı Rino Qatusso və Filipo İnzagida atmağa hazırlaşır. Korner.az-ın məlumatına görə, "rossonyer"lərin qocaman futbolçuları komandadan ayrılmaq istəmələrini klubun vitse-prezidenti Adriano Qallianiyə bildiriblər.
Qeyd edək ki, həm İnzagi həm də, Qatusso 13 ildir "qırmızı-qara" formanı geyinir.