“Milan” Qattuzoya vaxt verdi
20.12.2018 , 12:09

“Milan” baş məşqçisi Cennaro Qattuzonu yanvarda istefaya göndərə bilər.
Klub rəhbərliyə mütəxəssisə dekabrın sonuna kimi vaxt verib. Bu vaxt ərzində “Milan” “Fiorentina” ( 22 dekabr), “Frozinone” (26 dekabr) və SPAL-la (29 dekabr) qarşılaşacaq. Komandanın bu matçlardakı nəticələri uğursuz olsa, Qattuzo istefaya göndəriləcək.
Bildirilir ki, baş məşqçi ilə yollar ayrılacağı təqdirdə, bu vəzifəyə Roberto Donadoni və ya Arsen Venger təyin edilə bilər.
Qeyd edək ki, “Milan” hazırda 27 xalla ölkə çempionatında 4-cü yeri tutu
