“Milan” Qattuzonu yola salır
28.12.2018 , 10:12

“Milan” baş məşqçisi Cennaro Qattuzo ilə yolları ayıracaq.
Komandanın son turda səfərdə “Frozinone”yə uduzması klub rəhbərliyini bu addımı atmağa vadar edib. İddiaya görə, 19-cu turda SPAL-la oyunun nəticəsindən asılı olmayaraq, 40 yaşlı mütəxəssislə yollar ayrılacaq.
Qeyd edək ki, Qattuzo 2017-ci ilin noyabrından “Milan”ı çalışdırır. Hazırda komanda 28 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
