Filippo İnzaginin başçılığı altında mövsümü uğursuz başa vuran “Milan” növbəti çempionata hazırlıq görür.
Korner.az-ın məlumatına görə, “rossonerilər”in yayda heyətinə cəlb etmək istədiyi futbolçulardan da biri “Parma” klubunun hücumçusu Xose Mauridir.
Agent Dino Dzampakorta “Milan”ın gənc futbolçuyla yaxından maraqlandığını gizlətməyib:
“Hələ bir neçə ay əvvəl Maurinin transferiylə bağlı “Milan”ın rəhbərliyi maraqlandı. Onlar hücumçunu komandaya cəlb etmək istədiklərini bildirdilər. Mövsümün sonuna qədər gənc futbolçunun “Milan”a transferi həll olunacaq”.
